Qarabağda Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçib

Maliyyə
  • 06 iyun, 2024
  • 13:16
Qarabağda Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçib

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "RSM Azerbaijan" MMC-dir.

Qalib şirkətə 41,3 min manat ödəniləcək.