“Qala Həyat Sığorta"nın xalis mənfəəti 1 % artıb
- 29 mart, 2024
- 10:52
“Qala Həyat Sığorta" ASC 2023-cü ili 7,941 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 1,3 % çoxdur.
Ötən il “Qala Həyat Sığorta"nın gəlirləri 25,205 milyon manat (əvvəlki ilə nisbətən 12,5 % çox), xərcləri 15,275 milyon manat (21,6 % çox), mənfəət vergisi ödəmələri isə 1,989 milyon manat (0,8 % az) təşkil edib.
Bu il yanvarın 1-nə “Qala Həyat Sığorta"nın aktivləri 43,234 milyon manat olub ki, bu da illik müqayisədə demək olar ki, eynidir. Hesabat dövründə şirkətin öhdəlikləri 2,4 % azalaraq 17,707 milyon manata düşüb, balans kapitalı isə 1,8 % artaraq 25,527 milyon manata çatıb.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13,042 milyon manatdır. Şirkətin səhmlərinin 90 %-i "AzRe Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10 %-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.