"Qafqaz İnkişaf Bankı" konsolidasiya imkanlarını araşdırır

"Qafqaz İnkişaf Bankı" konsolidasiya imkanlarını araşdırır Martın 20-də Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Maliyyə
3 Fevral , 2016 12:46
Qafqaz İnkişaf Bankı konsolidasiya imkanlarını araşdırır

Bakı. 3 fevral. REPORT.AZ/ Mart ayının 20-də saat 14:00-da “Qafqaz İnkişaf Bankı” ASC-nin baş ofisində Müşahidə Şurasının tələbi ilə səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Bankın rəsmi saytında elan olunub.

Qeyd olunub ki, iclasda “Qafqaz İnkişaf Bankı”nın digər banklarla mümkün birləşməsi və digər məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, yanvarın 27-də Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə “Qafqaz İnkişaf Bankı” ASC-nin bank lisenziyası ləğv edilib.

Son xəbərlər

Orphus sistemi