“Premium Bank”ın mənfəəti 43% azalıb
- 24 oktyabr, 2022
- 12:32
Yeniliklərdən dərhal xəbərdar olun!
“Premium Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 4,012 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 42,7 % azdır.
9 ay ərzində “Premium Bank”ın gəlirləri 35,847 milyon manat (illik müqayisədə 2,7 % çox), xərcləri 28,123 milyon manat (21,5 % az), xüsusi ehtiyatlara ayırmaları isə 3,712 milyon manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə “Premium Bank”ın aktivləri 802,134 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 22,4 % çoxdur. Bunun 468,66 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə bankın kredit portfeli 7,1 % kiçilib.
Hesabat dövründə “Premium Bank”ın öhdəlikləri 32,2 % artaraq 619,417 milyon manata, o cümlədən depozit portfeli 34,4 % artaraq 575,773 milyon manata çatıb, balans kapitalı isə 2,3 % azalaraq 182,718 milyon manata düşüb.
Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154,601 milyon manatdır. Bankın səhmdarları 84,46 % payla Zərifə Həmzəyeva, 15,22 % payla "VIP Aviation Services" MMC və 0,32 % payla Elvira Əhmədovadır.