“Premium Bank” 9 ayda 7 milyon manat mənfəət əldə edib

Maliyyə
  • 22 oktyabr, 2021
  • 05:10
“Premium Bank” 9 ayda 7 milyon manat mənfəət əldə edib

“Premium Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 6,999 milyon manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründdən 7,65 milyon manat xalis mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, 9 ayda “Premium Bank”ın gəlirləri 34,898 milyon manat (illik müqayisədə 6,8% az), xərcləri 35,846 milyon manat (6,1% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 7,946 milyon manat (53,1% çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Premium Bank”ın aktivləri 655,451 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,2% azdır. Bunun 504,499 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 10,6% kiçilib.

Hesabat dövründə “Premium Bank”ın öhdəlikləri 3,5% azalaraq 468,435 milyon manata, o cümlədən depozit portfeli 0,6% azalaraq 428,545 milyon manata düşüb, balans kapitalı isə 1,1% artaraq 187,016 milyon manata manata çatıb.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154,601 milyon manatdır. Bankın səhmdarları 84,46% payla Zərifə Həmzəyeva, 15,22% payla "VIP Aviation Services" MMC və 0,32% payla Elvira Əhmədovadır.

Son xəbərlər

Bütün Xəbər Lenti