“Plato Capital and Co. İnvestisiya Şirkəti”nin rəhbərliyi dəyişdiriləcək

Maliyyə
  • 01 aprel, 2022
  • 13:15
“Plato Capital and Co. İnvestisiya Şirkəti”nin rəhbərliyi dəyişdiriləcək

Mayın 2-də, saat 10:00-da “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, İzmir prospekti, 8 ünvanında ("Hyatt Tower" iş mərkəzi) olacaq. Yığıncağın gündəliyinə şirkətin direktorunun dəyişdirilməsi məsələsi daxildir.

Xatırladaq ki, “Plato Capital and Co.” 2002-ci ildə "Texnika Kapital Menecment" adı ilə yaradılıb, 2015-ci ildə adını "Kapital Menecment"ə, 2018-ci ildə "Plato Menecment"ə dəyişib, 2019-cu ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 816 min manatdır. İnvestisiya şirkətinin səhmlərinin 99%-i Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkətinə, 1%-i isə Birləşmiş Ərəb Əmirliklərinin “Fubies Bia Investments Lımıted” investisiya şirkətinə məxsusdur.

44 filmi