“PAŞA Həyat Sığorta” ASC 2020-ci ili 21,774 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 32% azdır.
Ötən il “PAŞA Həyat Sığorta”nın gəlirləri 312,035 milyon manat (illik müqayisədə 58,4% çox), xərcləri 282,555 milyon manat (80,3% çox), mənfəət vergisi ödəmələri isə 7,706 milyon manat (6,3% az) təşkil edib.
Bu il yanvarın 1-nə “PAŞA Həyat Sığorta”nın aktivləri 396,256 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 0,2% artaraq 327,802 milyon manata çatıb, balans kapitalı isə 6,1% azalaraq 68,454 milyon manata düşüb.
Xatırladaq ki, "PAŞA Həyat Sığorta" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.