"Paşa Bank"ın aktivləri illik 25% artıb

"Paşa Bank"ın aktivləri illik 25% artıb Bakı. 31 oktyabr. REPORT.AZ/ “Paşa Bank” ASC-nin aktivləri illik müqayisədə 24,7% artaraq 2017-ci il oktyabrın 1-nə 3 457,155 mln. manat təşkil edib. Kredit portfeli bu müddətdə 22,3% artaraq 903,571 mln. manata yüksəlib.
Maliyyə
31 Oktyabr , 2017 10:26
Paşa Bankın aktivləri illik 25% artıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ “Paşa Bank” ASC-nin aktivləri illik müqayisədə 24,7% artaraq 2017-ci il oktyabrın 1-nə 3 457,155 mln. manat təşkil edib. Kredit portfeli bu müddətdə 22,3% artaraq 903,571 mln. manata yüksəlib.

“Report” bu barədə bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Bankın cəmi öhdəlikləri illik 27,5% artaraq 3 084,37 mln. manata çatıb. Bunun 2 787,928 mln. manatını müştərilər qarşısında öhdəliklər əhatə edib. Cari il oktyabrın 1-nə bankın səhmdar kapitalı 333,0 mln. manat, cəmi kapitalı 372,785 mln. manat təşkil edib.

Bank 2017-ci ilin yanvar-sentyabr ayları ərzində 32,732 mln. manat mənfəət əldə edib. Bank tərəfindən 3,662 mln. manat mənfəət vergisi ödənişindən sonra xalis mənfəəti 29,07 mln. manat olub. Beləliklə, bankın xalis mənfəətində illik müqayisədə 2,3 dəfə artım qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi