Osman Xaliyev: "SİF ətraf mühitin mühafizəsi ilə bağlı daxil olan müraciətlərə həssaslıqla yanaşır"

Osman Xaliyev: "SİF ətraf mühitin mühafizəsi ilə bağlı daxil olan müraciətlərə həssaslıqla yanaşır" Sahibkarlığın İnkişafı Fondu (SİF) indiyədək ətraf mühitinin mühafizəsi, emissiya tullantılarının atmosferə buraxılmasının azaldılması, “yaşıl texnologiya”lara dair 5 layihə üzrə 3,6 milyon manat dəyərində güzəştli kredit verib.
Maliyyə
10 Sentyabr , 2024 14:01
Osman Xaliyev: SİF ətraf mühitin mühafizəsi ilə bağlı daxil olan müraciətlərə həssaslıqla yanaşır
Osman Xaliyev

Sahibkarlığın İnkişafı Fondu (SİF) indiyədək ətraf mühitinin mühafizəsi, emissiya tullantılarının atmosferə buraxılmasının azaldılması, “yaşıl texnologiya”lara dair 5 layihə üzrə 3,6 milyon manat dəyərində güzəştli kredit verib.

Bunu “Report”a müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum bu istiqamətdə daxil olan müraciətlərə həssaslıqla yanaşır: “Maliyyələşdirilən layihələrə istehsal müəssisəsində günəş panellərinin quraşdırılması, elektrik doldurma stansiyasının yaradılması daxildir. Eyni zamanda, biz işğaldan azad olunmuş ərazilərdə icra olunacaq layihə üçün kommersiya bankından götürülən kreditə dövlət zəmanəti təmin etmişik. Fond bu layihə üzrə 3 il ərzində faiz subsidiyalarının ödənilməsini də təmin edəcək. Bu layihədə minatəmizləmə qurğularının istehsalı və işğaldan azad edilmiş ərazilərdə istifadəsi nəzərdə tutulur. Bunu həm ətraf mühit, həm də sosial korporativ məsuliyyət baxımından bu istiqamətə aid edə bilərik”.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi