Bu gün Azərbaycanın qeyri-neft sektorunda könüllü vergi ödənişlərinin xüsusi çəkisi 93 %-ə yaxındır.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, neft-qaz sektorunda isə bu rəqəm 100 %-dir:
"Bu gün vergi daxilomalarında əsas diqqət yetirdiyimiz rəqəmlər deyil, bunun hansı hissəsini sahibkar könüllü şəkildə ödəyir. Bu göstərici artıq sahibkarın şüurunun dəyişməsini, mənim malım, mənim təsərrüfatım, dövlətin xəzinəsi ayrı yanaşmasından kənarlaşır".
M.Cabbarov vurğulayıb ki, bir neçə il əvvəl yoxlamalarla, sanksiyalarla vergi ödənilirdi: "Bu gün eyni prosesdir, lakin tamamilə başqa şəkildə artıq şüurun, mədəniyyətin dəyişməsindən irəli gəlir.
Bu dəyişikliklərdə struktur və kadr islahatlarının da böyük rolu var".