Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 12 % artıb

Maliyyə
  • 07 iyun, 2024
  • 13:19
Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 12 % artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12 % artaraq 1,7 milyon manatdan çox olub.

Bu barədə "Report"un yerli bürosu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 22,2 % artaraq 11,4 milyon manat təşkil edib.

44 filmi