"Nas Project" BOKT-un xalis mənfəəti 11 % azalıb

Maliyyə
  • 04 may, 2026
  • 13:30
Nas Project BOKT-un xalis mənfəəti 11 % azalıb

"Nas Project" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 525 min manat xalis mənfəətlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 10,9 % azdır.

Ötən il "Nas Project"in vergiyəqədərki mənfəəti 678 min manat (əvvəlki ilə nisbətən 7,9 % az), mənfəət vergisi ödəmələri isə 154 min manat (4,8 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Nas Project"in aktivləri 8,319 milyon manat olub ki, bu da illik müqayisədə 61,3 % çoxdur. Bunun 7,379 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 45,5 % böyüyüb.

Hesabat dövründə "Nas Project"in öhdəlikləri 97,5 % artaraq 6,513 milyon manata çatıb, balans kapitalı isə 2,8 % azalaraq 1,807 milyon manata düşüb.

Xatırladaq ki, "Nas Project" 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,3 milyon manatdır. BOKT-un səhmdarı 100% Məhəmməd Quliyevdir.