“Muğan Bank” ötən ili mənfəətlə başa vurub

“Muğan Bank” ötən ili mənfəətlə başa vurub “Muğan Bank” ASC ötən ili 707 min manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 8,308 milyon manat zərərlə çıxmışdı.
Maliyyə
28 Yanvar , 2021 12:19
“Muğan Bank” ötən ili mənfəətlə başa vurub

“Muğan Bank” ASC 2020-ci ili 707 min manat mənfəətlə başa vurub. Halbuki, Bank 2019-cu ildən 8,308 milyon manat zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il “Muğan Bank”ın gəlirləri 45,858 milyon manat (illik müqayisədə 21,3% az), xərcləri 48,078 milyon manat (14,6% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 2,927 milyon manat (əvvəlki il ehtiyyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Muğan Bank”ın aktivləri 590,906 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,6% azdır. Bunun 328,018 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 8,3% kiçilib.

Hesabat dövründə “Muğan Bank”ın öhdəlikləri 12,2% azalaraq 504,027 milyon manata, o cümlədən depozit portfeli 16,7% azalaraq 278,682 milyon manata, balans kapitalı isə 0,2% azalaraq 86,879 milyon manata düşüb.

Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 102,5 milyon manatdır. Bankın səhmlərinin 66,17%-i Elmir Mehdiyevə (Müşahidə Şurasının sədri), 12,14%-i Maqbet Mehdiyevə, 11,17%-i Vəfa Vəliyevaya, 10,52%-i isə Fəridə Mehdiyevaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi