"Moody's” “Xalq Bank”ın aktivlərinin keyfiyyətinin həssaslığının səbəblərini açıqlayıb

Maliyyə
  • 09 iyul, 2024
  • 21:54
Moody's” “Xalq Bank”ın aktivlərinin keyfiyyətinin həssaslığının səbəblərini açıqlayıb

Beynəlxalq reytinq agentliyi “Moody's”"Xalq Bank" ASC-nin aktivlərinin keyfiyyətini xarici valyutada ifadə olunmuş kreditlərin böyük payı (ümumi kreditlərin 43 %-ii) və ayrı-ayrı borcalanlarda kreditlərin əhəmiyyətli konsentrasiyası səbəbindən həssas hesab edir.

“Report” xəbər verir ki, bu barədə agentliyin bank ilə bağlı reytinq fəaliyyətində deyilir.

“Moody's”in məlumatına əsasən, 17 ən böyük borcalan 2023-cü ilin sonuna ümumi kredit portfelinin 46 %-ni və ya bankın maddi ümumi kapitalının (TCE) 178 %-ini təşkil edir. Eyni zamanda, agentlik bankın əsas kredit qabiliyyəti qiymətləndirməsini (BCA) “b2” səviyyəsindən “b1”ə, uzunmüddətli depozit reytinqlərini isə “B1”dən “Ba3”ə yüksəldib. Uzunmüddətli depozit reytinqləri üzrə proqnoz “müsbət”dən “sabit”ə endirilib.

“Bankın BCA-nın “b1”ə yüksəldilməsi Azərbaycan bank sisteminin makroprofilinin "Zəif-"dən "Zəif"ə yüksəldilməsi, cari əməliyyat mühitində risklərin azalması, habelə bankın maliyyələşdirmə profilinin gücləndirilməsi ilə şərtlənib. “Xalq Bank”ın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqlərinin “Ba3”ə yüksəldilməsi onun BCA-nın yaxşılaşdırılmasından sonra baş verilib. Bankın “b1 “səviyyəsində BCA-sı ehtiyatların yaradılmasına qədər sabit gəlir yaradılmasını, 16,1 %-ni TCE/RWA əmsalı ilə güclü kapital mövqeyini və sabit depozit bazası ilə gücləndirilmiş maliyyələşdirmə profilini, bazar maliyyələşdirməsindən asılılığın ümumi aktivlərin 9 %-dək azaldılmasını və 2023-cü ilin sonuna ümumi aktivlərin 24 %-i həcmində etibarlı likvidlik buferini əks etdirir", - agentliyin qiymətləndirməsində vurğulanır.

“Xalq Bank”ın uzunmüddətli depozit reytinqləri bankın BCA-sına və bankın ölkədə həm kreditlər, həm də müştəri depozitləri üzrə böyük bazar payı olan dördüncü ən böyük bank statusunu nəzərə alaraq, lazım gəldikdə Azərbaycan hökumətinin dəstəyinin aıa biləcəyinə əsaslanır.

"Bu dəstək bankın uzunmüddətli depozit reytinqlərinin onun BCA-sından bir pillə yüksəldilməsində özünü göstərir. “Xalq Bank”ın uzunmüddətli reytinqləri üzrə “sabit” proqnoz bankın növbəti 12-18 ay ərzində öz dayanıqlı fundamental göstəricilərini qoruyub saxlayacağı ehtimalından irəli gəlir", - məlumatda deyilir.

Son xəbərlər

Bütün Xəbər Lenti