Bu il Azərbaycan da daxil olmaqla neft ixrac edən ölkələrdə iqtisadi azalma baş verəcək.
“Report” xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilir.
Agentlik hesab edir ki, 2020-ci ildə Azərbaycanda gəlirlərin ümumi daxili məhsuldakı (ÜDM) payı 12,5 faiz bəndi azalacaq.
"Neft ixraçatçılarının gəlirlərinin azalması onlar üçün tarixi tendensiyadır və bundan neft idxal edən ölkələr faydalanırlar. Neft gəlirlərinin budəfəki azalması 2008-2009-cu illərdəki qlobal maliyyə böhran ilə müqayisədə daha böyük olacaq”, – deyə hesabatda qeyd olunub.
“Moody’s” hesab edir ki, gələn il qlobal iqtisadi şərtlər yaxşılaşacaq, amma nominal ÜDM böhrandan əvvəllə müqayisədə 9,1% az olacaq. Bu azalma neft ixrac edən ölkələrdə 17,2%, neft idxal edən ölkələrdə 8%, inkişaf etmiş ölkələrdə isə 7,9% təşkil edəcək.