“Moody's” ABB-nin kredit profilini yaxşılaşdırmaq üçün amilləri açıqlayıb
- 09 iyul, 2024
- 16:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Beynəlxalq Bankının (ABB) kredit profili ölkədə iqtisadi şəraitin yaxşılaşması və əlverişli əməliyyat mühiti hesabına möhkəmlənməkdə davam edəcək ki, bu da biznes imkanlarının genişlənməsinə, onun davamlı gəlirliliyinin və aktivlərin keyfiyyətinin qorunmasına səbəb olacaq.
"Report" xəbər verir ki, bu barədə “Moody's” beynəlxalq reytinq agentliyinin reytinq fəaliyyətində bildirilib.
Agentlik son illərdə ABB-nin aktivlərinin keyfiyyət göstəricilərinin tədricən yaxşılaşmasını, problemli kreditlərin payının 2022-ci ildəki 4,6 %-dən 2023-cü ildə 3,3 %-ə düşdüyünü, maddi adi kapitalın (TCE) risklə ölçülən aktivlərə (RVA) nisbəti ilə güclü kapital mövqeyinin 2023-cü ildə 26,5 % səviyyəsində olduğunu qeyd edir.
Bundan əlavə, agentlik bankın davamlı gəlirlilik göstəricilərini (maddi aktivlər üzrə xalis mənfəət 2022-ci ildəki 2,1 %-dən 2023-cü ildə 2,7 %-ə yüksəlib), eləcə də kifayət qədər likvidliyi və bazarın maliyyələşdirilməsindən asılılığın azaldıldığı vurğulayıb.
Reytinq fəaliyyətində “Moody's” bankın əsas kredit qiymətləndirməsini (BCA) “b1”dən “ba3”ə, uzunmüddətli depozit reytinqlərini isə “Ba3”dən “Ba2”yə yüksəldib. Uzunmüddətli depozit reytinqləri üzrə proqnoz "müsbət" olaraq qalır.
Agentlik bildirib ki, bankın əsas kredit qiymətləndirməsinin “ba3” səviyyəsinə yüksəlməsi, ölkənin bank sisteminin makroprofilini “Zəif-”dən “Zəif”ə yüksəltməyində və bankın ödəmə qabiliyyəti profilinin gücləndirilməsində əks olunduğu kimi, Azərbaycanda əməliyyat şəraitinin yaxşılaşdırılması ilə əlaqədardır: “Bankın uzunmüddətli depozit reytinqlərinin “Ba2” səviyyəsinə yüksəldilməsi onun BCA səviyyəsinə yüksəlməsini izləyir”.
“ABB-nin reytinqlərinin yüksəlməsi bankın dövlət mülkiyyətini və həm kredit, həm də müştəri depozitlərində böyük bazar payı olan ölkənin ən böyük bankı statusunu nəzərə alaraq, lazım olduqda dövlət dəstəyinin yüksək olma ehtimalına əsaslanır”, - məlumatda bildirilib.