Milli Məclis gələn il üçün yaşayış minimumunu və ehtiyac meyarını III oxunuşda qəbul edib
Maliyyə
- 16 dekabr, 2024
- 07:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Milli Məclisin bu gün keçirilən iclasında “2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.
"Report"un xəbərinə görə, layihədə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunub.
Yaşayış minimumuna paralel olaraq gələn il üçün ehtiyac meyarı da 285 manat olmaqla təsdiqlənib.
Məlumat üçün bildirək ki, 2024-cü il üçün yaşayış minimumu 270 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.
Son xəbərlər
07:06
Yaponiyada əhalinin azalması səbəbindən 145 dövlət məktəbinin bağlanılması planlaşdırılır
Digər ölkələr
06:32
Bessent Konqresə seçkilərdə demokratların qələbəsinin nəticələri barədə xəbərdarlıq edib
Digər ölkələr
06:16
Foto
Azərbaycan ABŞ-də Dreyk Enerji Forumunda təmsil olunub
Xarici siyasət
06:02
Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var
Digər ölkələr
05:43
NYT: ABŞ və İsrail Konqresə seçkilərdən sonra İrana yeni zərbələr planı hazırlayır
Digər ölkələr
05:09
WSJ: ABŞ Yaxın Şərqdə hərbi gəmilərin sayını artıra bilər
Digər ölkələr
04:32
Mourinyo "Real"ın ÇL-dəki qələbəsindən sonra Valverdenin oyununu yüksək qiymətləndirib
Futbol
04:12
ABŞ Yaxın Şərqdəki bazalardakı hərbi mövcudluğunu azaldır
Digər ölkələr
03:49
Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
Energetika