Mikayıl Cabbarov: "Ötən il güzəştli kreditlərin 98 %-dən çoxu KOB-lara verilib"
- 13 fevral, 2023
- 07:11
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 2022-ci ildə verilmiş güzəştli kreditlərin əhəmiyyətli hissəsi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb.
"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
"Ötən il bu biznes subyektlərinə kreditlərin layihə sayı üzrə 99,9 %-i, məbləğ üzrə isə 98,3 %-i verilib", - nazir deyib.
Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci ildə verilmiş #güzəştlikredit-lərin əhəmiyyətli hissəsi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb. Ötən il bu biznes subyektlərinə kreditlərin layihə sayı üzrə 99,9%-i, məbləğ üzrə isə 98,3%-i verilib.#EconomyAz pic.twitter.com/0OL699pNo8
— Mikayil Jabbarov (@MikayilJabbarov) February 13, 2023