Məşhur elektronika şirkəti manatla, illik 12% gəlirliliklə istiqraz buraxır
- 19 noyabr, 2021
- 12:25
“Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Optimal Elektronika” MMC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 2 500 ədəd, yəni 2,5 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazdan gedir.
Qiymətli kağızlar 18 ay müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 12%-dir. Faizlər 6 aydan bir ödəniləcək. Prosesin anderrayteri "Azfinance İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
İstiqrazların yerləşdirilməsi noyabrın 23-də, birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.
Emintentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.