Mərkəzi Bank: "Çirkli pulların leqallaşdırılmasına qarşı mübarizə sahəsində həyat sığorta şirkətlərilə iş aparılır"

Mərkəzi Bank: "Çirkli pulların leqallaşdırılmasına qarşı mübarizə sahəsində həyat sığorta şirkətlərilə iş aparılır" Azərbaycan Mərkəzi Bankı çirkli pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində həyat sığorta şirkətləri ilə davamlı iş aparır.
Maliyyə
14 İyun , 2022 13:03
Mərkəzi Bank: Çirkli pulların leqallaşdırılmasına qarşı mübarizə sahəsində həyat sığorta şirkətlərilə iş aparılır

Azərbaycan Mərkəzi Bankı çirkli pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində həyat sığorta şirkətləri ilə davamlı iş aparır.

Bu barədə Mərkəzi Bankdan “Report”un sorğusuna verilən cavabda bildirilir.

"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunda monitorinq iştirakçılarına, o cümlədən sığorta şirkətlərinə münasibətdə aidiyyəti tələblər nəzərdə tutulub.

Həmçinin Maliyyə Monitorinqi Xidmətinin "Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemlərinin hazırlanmasına dair" Tələblər ilə də müvafiq sahədə həyata keçirilməli olan tədbirlər müəyyən edilib", - məlumatda deyilir.

Qeyd edək ki, iyunun 9-da həyat sığortası sahəsi üzrə ölkədə fəaliyyət göstərən sığorta və təkrarsığorta şirkətlərinin rəhbərləri ilə Mərkəzi Bankda keçirilmiş görüşün əsas məqsədi, bu təşkilatlar tərəfindən çirkli pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində həyata keçirilən fəaliyyətləri müzakirə etmək, praktiki məsələlər və tətbiq edilən yanaşmalar ətrafında qarşılıqlı fikir mübadiləsini aparmaqdan ibarət olub.

Son xəbərlər

Orphus sistemi