MBNP-də “ERNST&Young” şirətinin nümayəndə heyəti ilə görüş keçirilib
- 10 dekabr, 2018
- 08:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 10 dekabr. REPORT.AZ/ Maliyyə Bazararına Nəzarət Palatasında (MBNP) “ERNST & Young” (EY) şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.
“Report” Palataya istinadən xəbər verir ki, MBNP-nin rəhbərliyi “ERNST & Young” şirkətinin Azərbaycan üzrə İdarəedici partnyoru İlqar Vəliyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı qarşılıqlı əməkdaşlıq çərçivəsində görülən işlərə toxunulub, növbəti dövr üçün perspektivdə duran məsələlər müzakirə edilib.
Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov ölkədə makroiqtisadi sabitliyin təmin olunması istiqamətində həyata keçirilən genişmiqyaslı islahatların maliyyə sisteminə müsbət təsirləri, bank sektorunda aparılan restrukturizasiya və sağlamlaşdırma tədbirləri, bank sektorunun cari göstəriciləri və digər yeniliklər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Palata ilə “ERNST & Young” şirkəti arasındakı mövcud əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən İlqar Vəliyev gələcəkdə də təmsil etdiyi qurumun Palata ilə sıx əməkdaşlıq etmək niyyətində olduqlarını vurğulayıb.
Görüşün sonunda Palata ilə “ERNST & Young” şirkətinin əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər istiqamətlər üzrə məsələlərə dair fikir mübadiləsi aparılıb.