"Mastercard": 2023-2032-ci illərdə kartla əlaqəli 425 milyard dollarlıq fırıldaqçılıq halları olacaq

"Mastercard": 2023-2032-ci illərdə kartla əlaqəli 425 milyard dollarlıq fırıldaqçılıq halları olacaq 2023-2032 illərdə dünyada kartla əlaqəli fırıldaqçılıq hallarının məbləğinin 425 milyard ABŞ dolları olacağı proqnozlaşdırılır.
Maliyyə
4 Dekabr , 2024 11:35
Mastercard: 2023-2032-ci illərdə kartla əlaqəli 425 milyard dollarlıq fırıldaqçılıq halları olacaq

2023-2032-ci illərdə dünyada kartla əlaqəli fırıldaqçılıq hallarının məbləğinin 425 milyard ABŞ dolları olacağı proqnozlaşdırılır.

"Report" xəbər verir ki, bunu "Mastercard" beynəlxalq kart təşkilatının nümayəndəsi Rəşad Kökçen Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda bildirib.

"Hazırda rəqəmsallaşan dünyada maliyyə sahəsində fırıldaqçılıq hallarına daha çox imkan yaranır. Elektron ticarət artıq həyatımızın bir hissəsinə çevrilib. İnsanlar sosial şəbəkələrdən geniş istifadə edir, internet bağlantısının sürəti çox yüksəkdir, internetə bağlı telefon sayı da çoxdur", - o vurğulayıb.

R.Kökçenin sözlərinə görə, fırıldaqçılar müxtəlif bankların müştərilərinin maliyyə vəsaitini ələ keçirmək üçün hazırda süni intellektəndən də istifadə edirlər: "Onlar saxta videolar və telefon zəngləri vasitəsilə daha mürəkkəb sxemlər yaradırlar".

O həmçinin deyib ki, banklar da öz növbəsində kart dələduzluğu ilə mübarizədə süni intellektdən istifadə etməlidir: "Rəqəmsallaşma artıq reallığa çevrilib. Buna görə rəqəmsal dünyadakı kimliyimizi düzgün mexanizmlə təsdiqləməliyik. Bundan başqa, kibertəhlükəsizlik sahəsinə investisiyaların qoyulması mühüm əhəmiyyət kəsb edir. Banklar müştərilərinin kiberhücumlarla bağlı məlumatlılığını artırmalıdır".

Son xəbərlər

Orphus sistemi