Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasına sədr təyinatı olub

Maliyyə
  • 10 mart, 2016
  • 14:44
Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasına sədr təyinatı olub

Bakı. 10 mart. REPORT.AZ/ Prezident İlham Əliyev Rüfət Aslanlının Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncamla Rüfət Cəbrayıl oğlu Aslanlı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri təyin edilib.