"Kapital Bank" qalib komandanı mükafatlandırıb

Maliyyə
  • 09 yanvar, 2017
  • 06:57
Kapital Bank qalib komandanı mükafatlandırıb

Bakı. 9 yanvar. REPORT.AZ/ "Kapital Bank" ASC “Breyn Rinq” yarışmasında qalib gələn komandanı mükafatlandırıb.  "Kapital Bank"ın nümayəndələri tərəfdaş olaraq qalib komanda ilə görüşüb və komandanı təbrik edib. 

"Report"un Banka istinadən verdiyi xəbərə görə, qalib komandaya 3 000 manat pul və korporativ hədiyyələr təqdim edilib.

"Kapital Bank" “Breyn Rinq” televiziya layihəsinin maliyyə tərəfdaşıdır. 2016-cı ilin dekabr ayında yekunlaşan bu ilin ikinci qalibləri “İçəri şəhər” komandası olub.

"Kapital Bank" sosialyönümlü fəaliyyətinə uyğun olaraq, daim intellektual oyunları və təhsil layihələrini dəstəkləyir. Qeyd edək ki, "Kapital Bank" həmçinin “Nə? Harada? Nə vaxt?” intellektual klubun da rəsmi tərəfdaşıdır.