“JPMorgan" bütün müştərilərinə kriptovalyuta məhsullarına çıxış təmin edib

“JPMorgan" bütün müştərilərinə kriptovalyuta məhsullarına çıxış təmin edib ABŞ-ın və dünyanın aparıcı investisiya bankı “JPMorgan”ın kapitalın idarə olunması bölməsinin bütün müştəriləri kriptovalyuta fondlarına çıxış əldə edəcəklər.
Maliyyə
23 İyul , 2021 12:18
“JPMorgan bütün müştərilərinə kriptovalyuta məhsullarına çıxış təmin edib

ABŞ-ın və dünyanın aparıcı investisiya bankı “JPMorgan”ın kapitalın idarə olunması bölməsinin bütün müştəriləri kriptovalyuta fondlarına çıxış əldə edəcəklər.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, müvafiq təlimat bankın əməkdaşlarına bu həftə daxil olub.

Belə ki, 19 iyuldan onlara “Grayscale” şirkətinin "Bitcoin", "Bitcoin Cash", "Ethereum" və "Ethereum Classic"in bazasında buraxılan 5 məhsulla işləməyə icazə verilib.

Yeni xidmət investisiya xidmətləri üçün müraciət edən müştərilər, həmçinin ticarət tətbiqi və konsaltinq servisinin istifadəçiləri üçün açıqdır. Məsləhətçilər kriptovalyutaları yalnız müştərilərdən gələn sorğu əsasında alıb-sata bilərlər. Yəni rəqəmsal aktivləri müştərilərə tövsiyə etməməlidirlər.

"JPMorgan” çox varlı kateqoriyasına aid olmayan müştərilərə bu tip xidmətləri təqdim edən ilk iri bankdır.

Son xəbərlər

Orphus sistemi