İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək

İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək 2025-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri Naxçıvan Muxtar Respublikasındakı eyni adlı fondun da büdcəsini əhatə edəcək.
Maliyyə
21 Noyabr , 2024 18:10
İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək

2025-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri Naxçıvan Muxtar Respublikasındakı eyni adlı fondun da büdcəsini əhatə edəcək.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, İşsizlikdən Sığorta Fondunun büdcə göstəricilərinin tərkibində Naxçıvan nəzərə alınmaqla tərtib edilməsi dövlət məşğulluq siyasətinin tamlığına və bu siyasətin əhatə dairəsi ilə bağlı daha dəqiq məlumatların əldə olunmasına xidmət edəcək, əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı daha dolğun informasiyanın, eləcədə icmal büdcə üzrə gəlir və xərclərin düzgün əks etdirilməsinə şərait yaradacaq.

Son xəbərlər

Orphus sistemi