İsrafil Məmmədov: "SFBF inkişaf istiqamətlərinin iri investorlara nümayişi üçün uğurlu platformadır"
- 16 noyabr, 2022
- 15:17
Yeniliklərdən dərhal xəbərdar olun!
"Suveren Fondların Beynəlxalq Forumu (SFBF) Azərbaycanın inkişaf istiqamətlərinin iri investorlara nümayişi üçün uğurlu platformadır".
"Report" xəbər verir ki, bunu Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru İsrafil Məmmədov SFBF-nin Bakıda keçirilən 14-cü iclasına həsr olunmuş mətbuat konfransında deyib.
"SFBF kimi qlobal institutun institusional idarəetmə standartlarının və hesabatlılığının ARDNF-in fəaliyyətində əks etdirilməsi, ölkənin investisiya siyasətində və makroiqtisadi sabitliyin təmin edilməsində Fondun rolunun gücləndirilməsinə zəmin yaradır. Bu forum Azərbaycanın 2030-cu ilə baxışı və 2022-2026-cı illər üçün sosial-iqtisadi strategiya kontekstində uzunmüddətli inkişaf potensialının və ölkənin inkişaf istiqamətlərinin iri institusional investorlara nümayiş etdirilməsi üçün uğurlu platformadır", - deyə o, qeyd edib.