İri dövlət şirkətlərinin yarıdan çoxu ötən ilin maliyyə hesabatını verməyib

İri dövlət şirkətlərinin yarıdan çoxu ötən ilin maliyyə hesabatını verməyib Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərən 13 iri dövlət şirkətinin – açıq və qapalı səhmdar cəmiyyətlərinin 8-i 2020-ci il üzrə maliyyə hesabatını açıqlamayıb.
Maliyyə
109
29 İyul , 2021 11:11
İri dövlət şirkətlərinin yarıdan çoxu ötən ilin maliyyə hesabatını verməyib

Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərən 13 iri dövlət şirkətinin – açıq və qapalı səhmdar cəmiyyətlərinin 8-i 2020-ci il üzrə maliyyə hesabatını açıqlamayıb.

Bu, “Report”un apardığı araşdırma nəticəsində məlum olub.

Söhbət “Azərbaycan Sənaye Korporasiyası”, “Azərxalça”, “Azəristiliktəchizat” və “Azərkontrakt” ASC-lərdən, eləcə də “AzerGold”, “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Hava Yolları” və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dən gedir.

Qalan 5 iri dövlət şirkəti – “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”, “Azərenerji”, “Azərişıq” və “Azərsu” ASC-lər, eləcə də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ötən ilin maliyyə hesabatını verib. Bunlardan isə “Azərenerji” və “Azərsu” 2020-ci ili zərərlə, qalanları isə mənfəətlə başa vurub.

Son xəbərlər

Orphus sistemi