İran Milli Bankının Bakı filialının mənfəəti 40% artıb
- 08 iyul, 2022
- 06:26
Yeniliklərdən dərhal xəbərdar olun!
İran Milli Bankının Bakı filialı bu ilin I yarısını 806 min manat mənfəətlə başa vurub.
"Report" filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 40,2% çoxdur.
Yanvar-iyun aylarında İran bankının gəlirləri 1,794 milyon manat (illik müqayisədə 17,5% az), xərcləri 1,088 milyon manat (14,4% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 99 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Bakı filialı mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə İran bankının aktivləri 90,041 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,7% azdır. Bunun 9,729 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 19% böyüyüb.
Hesabat dövründə İran bankının öhdəlikləri 2,1% artaraq 53,817 milyon manat, o cümlədən depozit portfeli 30% azalaraq 10,104 milyon manat, balans kapitalı isə 4,6% azalaraq 36,225 milyon manat təşkil edib.
Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.