İran Milli Bankının Bakı filialının mənfəəti 2 dəfədən çox azalıb
- 11 aprel, 2022
- 07:04
Yeniliklərdən dərhal xəbərdar olun!
İran Milli Bankının Bakı filialı bu ilin I rübünü 269 min manat mənfəətlə başa vurub.
"Report" filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 56,2% və yaxud 2,3 dəfə azdır.
Yanvar-mart aylarında İran bankının gəlirləri 955 min manat (illik müqayisədə 15,5 % az), xərcləri 579 min manat (16,3% çox), xüsusi ehtiyatlara ayırmaları 107 min manat (5,95 dəfə çox) təşkil edib. Bakı filialı mənfəət vergisi ödəməyib.
Bu il aprelin 1-nə İran bankının aktivləri 89,492 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 11,5% azdır. Bunun 9,339 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 53,1% böyüyüb.
Hesabat dövründə İran bankının öhdəlikləri 14,8% azalaraq 53,804 milyon manata, o cümlədən depozit portfeli 42,3% azalaraq 9,573 milyon manata, balans kapitalı isə 6,1% azalaraq 35,688 milyon manata düşüb.
Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.