İran Milli Bankının Bakı filialı bu ilin I rübünü 614 min manat mənfəətlə başa vurub. Halbuki, filial ötən ilin eyni dövründən 234 min manat xalis mənfəətlə çıxmışdı.
"Report" xəbər verir ki, yanvar-mart aylarında İran bankının gəlirləri 1,13 milyon manat (illik müqayisədə 38,5% çox), xərcləri 498 min manat (20% çox), xüsusi ehtiyatlara ayırmaları 18 min manat (8,9 dəfə az) təşkil edib. Bakı filialı mənfəət vergisi ödəməyib.
Bu il aprelin 1-nə İran bankının aktivləri 101,161 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,7% çoxdur. Bunun 6,099 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 32,1% böyüyüb.
Hesabat dövründə İran bankının öhdəlikləri 4,1% artaraq 63,168 milyon manata, o cümlədən depozit portfeli 44,9% artaraq 16,602 milyon manata, balans kapitalı isə 3,2% artaraq 37,993 milyon manata çatıb.
Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Filialın nizamnamə kapitalı 73,611 milyon manatdır.