“İnvest-AZ İnvestisiya Şirkəti”nin öhdəlikləri 22 % artıb

Maliyyə
  • 21 may, 2024
  • 13:47
“İnvest-AZ İnvestisiya Şirkəti”nin öhdəlikləri 22 % artıb

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC 2023-cü ili 2,393 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 50,6 % çoxdur.

Ötən il “İnvest-AZ"ın vergiyəqədərki mənfəəti 3,045 milyon manat (əvvəlki ilə nisbətən 50 % çox), mənfəət vergisi ödəmələri isə 652 min manat (47,8 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “İnvest-AZ"ın aktivləri 34,099 milyon manat olub ki, bu da illik müqayisədə 25,1 % çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 21,5 % artaraq 27,358 milyon manata, balans kapitalı isə 42,2 % artaraq 6,742 milyon manata, o cümlədən nizamnamə kapitalı 5,7 % artaraq 3 milyon manata çatıb.

Xatırladaq ki, “İnvest-AZ" 2006-cı ildə yaradılıb. İnvestisiya şirkətinin səhmdarları Elşən Quliyev və Ceyhun Abdullayevdir.