İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib

Maliyyə
  • 03 iyun, 2024
  • 07:28
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2023-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "HLB Azərbaycan" MMC-dir.

Qalib şirkətə 4,5 min manat ödəniləcək.

44 filmi