IMF: "Gələn il Azərbaycanda inflyasiya 3,2 % olacaq"

Maliyyə
  • 23 dekabr, 2021
  • 18:30
IMF: Gələn il Azərbaycanda inflyasiya 3,2 % olacaq

Bu il Azərbaycanda istehlak qiymətləri indeksi 4%, gələn il isə 3,2% təşkil edəcək.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatında bildirilir.

Bundan başqa, sənədə əsasən, bu il ölkədə işsizlik səviyyəsi 5,8%, gələn il isə 5,7% olacaq.