Beynəlxalq Valyuta Fondu (IMF) 2024-cü il üçün Azərbaycanın ümumi daxili məhsul (ÜDM) artımını 2,8 % səviyyəsində proqnozlaşdırır.
"Report" xəbər verir ki, bu “World Economic Outlook” hesabatının aprel sayında öz əksini tapıb
Ötən ilin oktyabrında IMF 2024-cü ildə Azərbaycanda iqtisadi artımı 2,5 % proqnozlaşdırırdı.
Bununla belə, Valyuta Fondunun IV maddəsinə uyğun olaraq məsləhətləşmələrdən sonra açıqladığı hesabata görə, 2024-2028-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artım tempinin 2,3 %, 2029-2032-ci illərdə isə illik 2,4 %-dən yuxarı olacağı proqnozlaşdırılıb.
IMF yeni hesabatında Azərbaycanın ÜDM artımını 2025-ci ildə 2,3 %, 2029-cu ildə isə 2,4 % səviyyəsində proqnozlaşdırır.
Azərbaycan hökuməti 2024-cü il üçün ÜDM artımını 2,4 % səviyyəsində proqnozlaşdırır.
2023-cü ildə Azərbaycanda ÜDM artımı 1,1 % təşkil edib.