IMF: Azərbaycanda daha bir neçə bank bağlana bilər

IMF: Azərbaycanda daha bir neçə bank bağlana bilər Hesabat: Azərbaycan bank sektorunda kapitallaşma davam etdiriləcək
Maliyyə
5 May , 2017 14:54
IMF: Azərbaycanda daha bir neçə bank bağlana bilər

Bakı. 5 may. REPORT.AZ/ Azərbaycanın bank sektorunda problemli kreditlərin dövlət tərəfindən alınması və bu sektora kapital əlavə edilməsi prosesi davam edir. "Report" Beynəlxalq Valyuta Fondunun (IMF) "Qafqaz və Mərkəzi Asiya regional iqtisadi icmalı"na istinadən xəbər verir ki, yeni kapitallaşma planlarının işlənib hazırlanmasından sonra əlavə olaraq bir sıra kommersiya banklarının bağlanması baş verə bilər.

Qeyd edək ki, ölkə hökuməti Azərbaycan Beynəlxalq Bankının (ABB) problemli aktivlərini təmizləyərək sağlamlaşdırma prosesini davam etdirir. Həmçinin xatırladaq ki, Azərbaycanda 2016-cı ildə 11 kommersiya bankının lisenziyası ləğv edilib.

Son xəbərlər

Orphus sistemi