IMF Azərbaycanda cari hesab balansının profisitinin ÜDM-yə nisbətini xeyli artacağını proqnozlaşdırır

Maliyyə
  • 19 aprel, 2022
  • 13:52
IMF Azərbaycanda cari hesab balansının profisitinin ÜDM-yə nisbətini xeyli artacağını proqnozlaşdırır

Beynəlxalq Vallyuta Fondu (IMF) bu il Azərbaycanda cari hesab balansının profisitinin ümumi daxili məhsula (ÜDM) nisbətinin 37,2 % olacağını proqnozlaşdırır.

“Report” xəbər verir ki, bu barədə IMF-nin “Müharibə qlobal bərpanı geri qaytarır" adlı hesabatının aprel sayında bildirilib.

Proqnozlara əsasən, Azərbaycanın cari hesab balansının profisitinin ÜDM-yə nisbəti gələn il 28,5 % təşkil edəcək, 2027-ci ildə isə 17,1 %-ə düşəcək.

Qeyd edək ki, IMF ötən ilin oktyabr ayında dərc edilmiş hesabatında Azərbaycanın cari hesab balansının profisitinin bu il cüzi artaraq 4,2 milyard ABŞ dollara yüksələcəyini gözləyirdi.

Bundan başqa, cari hesab balansının profisitinin ÜDM-yə nisbəti 2022-ci idə 7,7 % olacağı proqnozlaşdırılırdı.