İlham Kərimov: "Nəticəəsaslı büdcə mexanizminin tətbiqi genişləndirilir"

Maliyyə
  • 22 oktyabr, 2026
  • 12:32
İlham Kərimov: Nəticəəsaslı büdcə mexanizminin tətbiqi genişləndirilir

Azərbaycanda nəticəəsaslı büdcə mexanizminin tətbiqi genişləndirilir.

"Report" xəbər verir ki, bunu Maliyyə Nazirliyinin Aparatının Nəticəəsaslı büdcə siyasəti şöbəsinin müdiri İlham Kərimov Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.

Onun sözlərinə görə, nəticəəsaslı büdcə mexanizmi iqtisadi islahatların sürətləndirilməsində, eləcə də şəffaflığın artırılmasında həlledici rol oynayır: "Bunun bir neçə aspektləri var. Hazırda biz islahatların səkkizinci ilindəyik. Bunun ilk 2 ili normativ bazanın hazırlanmasına getmişdi. Sonra pandemiya düşdü, sonra beş il biz pilot dövrü yaşadıq. Tövsiyə olunan metodologiyanın yaxşı və pis tərəfləri ortaya çıxdı və biz bu dövrdə Azərbaycana uyğunlaşdırılmış mexanizm işlədik. Bu mexanizm bir Azərbaycan modelidir və ümid edirəm ki, gələcəkdə ölkəmizin fintex sahəsindəki digər uğurlu brendi olan 'ASAN xidmət' kimi beynəlxalq səviyyədə tanınacaq".

44 filmi