Hüseyn Hüseynov: "Sosial siyasətə təsir edən məlumatların düzgün təhlili vacibdir"

Hüseyn Hüseynov: "Sosial siyasətə təsir edən məlumatların düzgün təhlili vacibdir" Azərbaycanda dayanıqlı sosial müdafiə və səhiyyə sistemi üçün maliyyə mənbələri təmin olunmalıdır.
Maliyyə
18 Dekabr , 2024 14:35
Hüseyn Hüseynov: Sosial siyasətə təsir edən məlumatların düzgün təhlili vacibdir
Hüseyn Hüseynov

Azərbaycanda dayanıqlı sosial müdafiə və səhiyyə sistemi üçün maliyyə mənbələri təmin olunmalıdır.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və Sosial Siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dayanıqlı maliyyələşmə sosial sferanın inkişafında mühüm rol oynayır: "Xüsusilə, səhiyyə xidmətlərinə çıxış imkanlarının artırılması və dayanıqlı səhiyyə sisteminin qurulması vacib məsələlərdən biridir.

Əgər dayanıqlı sosial müdafiə və səhiyyə sistemi formalaşdırmaq istəyiriksə, mütləq dayanıqlı maliyyə mənbələrimiz olmalıdır ki, orta və uzunmüddətli dövrdə planlarımızı reallaşdıra və effektiv idarəetməni təmin edə bilək".

O, həmçinin qlobal iqtisadi trendlərin və yerli statistik göstəricilərin sosial siyasətə təsirini vurğulayaraq, bu məlumatların düzgün təhlil edilməsinin vacibliyini bildirib: "Maliyyələşmədən danışırıqsa, həm qlobal trendləri, həm də ölkədəki vəziyyəti nəzərə almalı və sosial sferanın inkişafı üçün dayanıqlı iqtisadiyyat necə qurulmalıdır sualına cavab tapmalıyıq".

H.Hüseynov sosial siyasətin daha effektiv həyata keçirilməsi üçün müzakirə olunan təkliflərin nəzərə alınmasının və islahatların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi