Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi ötən ili mənfəətlə başa vurub

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi ötən ili mənfəətlə başa vurub Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi 2023-cü ili 262 min manat xalis mənfəətlə başa vurub. Halbuki, Mərkəz 2022-ci ildən 52 min manat mənfəətlə çıxmışdı.
Maliyyə
8 İyul , 2024 14:47
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi ötən ili mənfəətlə başa vurub

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi 2023-cü ili 262 min manat xalis mənfəətlə başa vurub.

“Report” Mərkəzin (onun tabeliyindəki Hüquq və İnsan Haqları İnstitutu daxil olmaqla) konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il qurumun vergiyəqədərki mənfəəti 287 min manat, mənfəət vergisi ödəmələri isə 25 min manat təşkil edib.

Həmin hesabata əsasən bu il yanvarın 1-nə Mərkəzin və onun tabeliyindəki İnstitutun ümumi aktivləri 837 min manat, öhdəlikləri 269 min manat, balans kapitalı isə 569 min manat olub. Həmçinin Mərkəzin nizamnamə kapitalı 100 min manat, onun tabeliyindəki İnstitutun nizamnamə kapitalı isə 50 min manat təşkil edib.

Xatırladaq ki, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi ölkə Prezidentinin 19 may 2022-ci il tarixli fərmanı ilə yaradıllb. Mərkəz normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizanın aparılması və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla ölkədə hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Son xəbərlər

Orphus sistemi