Hökumət Ödəniş Portalı ilə əməliyyatların ümumi dəyəri 6 %-dən çox artıb
Maliyyə
- 12 mart, 2026
- 17:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
2025-ci ildə Hökumət Ödəniş Portalı (HÖP) vasitəsilə 114,4 milyon sayda 8,6 milyard manatlıq əməliyyat aparılıb.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə müvafiq olaraq 25,7 % az və 6,2 % çoxdur.
HÖP-ü 2008-ci ildə Azərbaycan Mərkəzi Bankı "Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (KÖMİS) adı ilə yaradıb, 2011-ci ildə onun adını indikinə dəyişib. Sistem genişləndikcə bura kommunal ödənişlərlə yanaşı, dövlət rüsumları və cərimələr də əlavə olunub.
Hazırda HÖP vergi, rüsum, cərimə, kommunal və digər büdcə ödənişlərinin mərkəzləşdirilmiş şəkildə, elektron formada toplanmasını təmin edən strateji bir platformadır.
Son xəbərlər
05:06
WP: FTB rəhbərinin müavini istefa verəcək
Digər ölkələr
04:38
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib
Digər ölkələr
04:25
Türkiyədə 407 sayta giriş məhdudlaşdırılıb
Region
03:57
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
Digər ölkələr
03:21
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
Digər ölkələr
02:51
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
Digər ölkələr
02:25
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
Digər ölkələr
01:50
Latviya Rusiya ilə sərhədini bağlamağı nəzərdən keçirəcək
Digər ölkələr
01:18
SEPAH: Hörmüz boğazında üç neft tankerində partlayış olub
Region