"Hermes Finance" nizamnamə kapitalını 20 % artırır
- 17 sentyabr, 2024
- 13:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Sentyabrın 20-də "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Hermes Finance” ASC-nin 150 min manatlıq səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" BFB-yə istinadən xəbər verir ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 300 manat olan 500 ədəd adi, sənədsiz, adlı səhm standart bazar seqmentində listinqə daxil edilib.
Səhmlərin yerləşdirilməsi abunə yazılışı üsulu ilə həyata keçiriləcək. Prosesin anderrayteri “Assist Finance İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Qiymətli kağızlar tam yerləşdirilsə, şirkətin nizamnamə kapitalı 20 % artaraq 750 min manatdan 900 min manata çatacaq.
Xatırladaq ki, “Hermes Finance” 2018-ci ildə yaradılıb.