Fransanın dövlət borcu 2027-ci ildə 3,6 trilyon avro təşkil edə bilər

Fransanın dövlət borcu 2027-ci ildə 3,6 trilyon avro təşkil edə bilər Fransanın borcu 2027-ci ilə qədər hazırkı 3,1 trilyon avrodan 3,6 trilyon avroya yüksələ bilər.
Maliyyə
15 İyul , 2024 12:30
Fransanın dövlət borcu 2027-ci ildə 3,6 trilyon avro təşkil edə bilər

Fransanın dövlət borcu 2027-ci ilə qədər hazırkı 3,1 trilyon avrodan 3,6 trilyon avroya qədər yüksələ bilər.

“Report” xəbər verir ki, bu barədə Fransa Hesablama Palatasının rəhbəri Pyer Moskovisi “France Inter” radiostansiyasının efirində məlumat verib.

“Hazırda Fransanın dövlət borcu 3,1 trilyon avro (ümumi daxili məhsulun (ÜDM) təxminən 110 faizi) təşkil edir və 2027-ci ilə qədər bu göstərici 3,6 trilyon avroya çata bilər”, - o vurğulayıb.

Hesablama Palatasının rəhbəri qeyd edib ki, son məlumatlara əsasən, Fransa dövləti hər il 60 milyard avro borc ödəyir: “2027-ci ildə isə bu rəqəm 80 milyard avroya qədər yüksələ bilər. Bu, dövlətin təhsil, ədliyyə, təhlükəsizlik sahələrini, həmçinin “yaşıl iqtisadiyyat”a keçid kimi digər istiqamətləri maliyyələşdirmək imkanlarını azaldacaq. Əslində, yeni hökumətin əsas vəzifəsi dövlət borcunu azaltmaq olmalıdır. Bu, təkcə sağçıların, yaxud solçuların deyil, hər kəsin üzərinə düşən ümumi vəzifədir”.

Son xəbərlər

Orphus sistemi