Fiziki şəxslərə qiymətli kağızlar üzrə ödənilən dividendlərlə bağlı vergi güzəştləri uzadılıb

Fiziki şəxslərə qiymətli kağızlar üzrə ödənilən dividendlərlə bağlı vergi güzəştləri uzadılıb 2023-cü il fevralın 1-dən 5 il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad edilir.
Maliyyə
9 İyun , 2022 18:05
Fiziki şəxslərə qiymətli kağızlar üzrə ödənilən dividendlərlə bağlı vergi güzəştləri uzadılıb

2023-cü il fevralın 1-dən 5 il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad edilir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bildirilir ki, bu güzəştin məqsədi qiymətli kağızların kütləvi təklif üsulu ilə fond birjasında yerləşdirilməsinin stimullaşdırılması və tənzimlənən bazarda ticarət edilən qiymətli kağızlara marağın artırılmasıdır.

Qeyd edək ki, AMB kapital bazarının inkişafına dair strateji planda müəyyən edilmiş hədəflərin icrası, o cümlədən qiymətli kağızların kütləvi təklifinin və fond birjasında listinqin stimullaşdırılması üzrə davamlı tədbirlər həyata keçirilir. Növbəti tədbir kimi qiymətli kağızlar bazarında əlverişli vergi mühitinin formalaşdırılması məqsədilə müvafiq dövlət qurumlarının iştirakı ilə Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilib.

Digər dəyişiklik istiqrazlar üzrə ödənilən diskont və faiz gəlirlərindən verginin hesablanması qaydasının qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması və əsas meyar kimi istiqraz mülkiyyətiçisinin həmin istiqraza malik olduğu günlərin sayının nəzərə alınmasıdır. Bu dəyişiklik istiqrazlar üzrə diskont və faiz gəlirlərindən formalaşan vergi yükünü optimallaşdırmaqla investorların kapital bazarında fəal iştirakını və investor bazasının genişləndirilməsini stimullaşdıracaqdır. Eyni zamanda hüquqi şəxslər tərəfindən istiqrazlar üzrə əldə edilən faiz gəlirlərinin ödəmə mənbəyində deyil, ümumi mənfəətdə bəyan edilməsi və ödənilməsi müəyyən edilib.

Bu dəyişikliklərin tətbiqi nəticəsində investisiya qiymətli kağızları olan səhm və istiqrazların kütləvi təklif üsulu ilə yerləşdirilməsinə və emitentlərin fond birjasında listinqə çıxışına marağın artacağı proqnozlaşdırılır. Qeyd edilən dəyişikliklər birjadankənar bazarın kiçilməsi və fond birjasında bağlanan əqdlərin sayının artması fonunda bazarın şəffaflığının yüksəlməsinə və investorların kapital bazarında iştirak imkanlarının genişləndirilməsinə əhəmiyyətli töhfə verəcəkdir.

Beləliklə, yerləşdirilən investisiya qiymətli kağızlarına görə emitent tərəfindən fiziki şəxlərə ödənilən dividendlərdən 10 % vergi tutulmur.

Qeyd edək ki, bu güzəştlər 2016-cı il fevralın 1-dən tətbiq olunur.

Son xəbərlər

Orphus sistemi