Fərid Osmanov: "Azərbaycanda nağdsız ödənişlərin payı 40 %-ə çatıb"

Fərid Osmanov: "Azərbaycanda nağdsız ödənişlərin payı 40 %-ə çatıb" Dünya Bankının göstəricilərinə görə, əgər 2018-ci ildə qlobal baxımdan dünyada 12 min fintex təşkilatı var idisə, 2021-ci ilin əvvəlində bu 23 minə yüksəlib.
Maliyyə
16 İyun , 2022 10:22
Fərid Osmanov: Azərbaycanda nağdsız ödənişlərin payı 40 %-ə çatıb
Fərid Osmanov

İyunun 1-nə olan məlumata görə nağdsız ödənişlərin çəkisi ötən ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz bəndi artaraq ümumilikdə 40 %-ə çatıb.

Report" xəbər verir ki, bunu "Fintex Summit" Maliyyə və Texnologiyalar Sərgisində çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov deyib.

Son il ərzində həm Azərbaycan Mərkəzi Bankı, həm də ekosistemin iştirakçıları tərəfindən aparılan silsilə tədbirlərin nəticəsində nağdsız ödənişlərin həcmi artır:

"Bu göstərir ki, artıq insanlarımızda nağdsız ödənişlər üzrə fikir formalaşıb. İyunun 1-nə olan məlumata görə dövriyyədə olan ödəniş kartlarının sayı 12,4 milyon ədəddir ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 20 % çoxdur. Həmin karltarla ölkədaxili nağdsız ödənişlərin həcmi 2,2 dəfə artaraq 8 milyard manata çatıb. Nağdsız ödənişlərdə xüsusi önəm kəsb edən elektron ticarət 2,7 dəfə artaraq 6 milyard manata çatıb.

Bu statistika onu göstərir ki, ölkədə nağdsız iqtisadiyyat istiqmaətində silsilə uöurlu tədbirlər aparılır".

F.Osmanovun sözlərinə görə, Dünya Bankının göstəricilərinə görə, əgər 2018-ci ildə qlobal baxımdan dünyada 12 min fintex təşkilatı var idisə, 2021-ci ilin əvvəlində bu 23 minə yüksəlib.

O, qeyd edib ki, fintexlərə yatırılan vəsaitlər də artıb: "2021-ci ildə fintexlərə qoyulan investisiyalar 210 milyard ABŞ dollara çatıb. Görünən odur ki, fintexlərin ekosistemı sürətli daxilolması bankların da daha çevik və sürətli addımlar atmağa vadar edib və maliyyə institutlarl da artıq fintex kimi düşünməyə başlayıb".

Son xəbərlər

Orphus sistemi