EBRD ilə COP29 üçün maliyyələşmə mexanizmlərinin tətbiqi müzakirə olunub

EBRD ilə COP29 üçün maliyyələşmə mexanizmlərinin tətbiqi müzakirə olunub Azərbaycan İqtisadiyyat Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə COP29 üçün çağırışlar və iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmə mexanizmlərinin tətbiqi barədə fikir mübadiləsi aparılıb.
Maliyyə
23 Aprel , 2024 14:24
EBRD ilə COP29 üçün maliyyələşmə mexanizmlərinin tətbiqi müzakirə olunub

Azərbaycan İqtisadiyyat Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə COP29 üçün çağırışlar və iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmə mexanizmlərinin tətbiqi barədə fikir mübadiləsi aparılıb.

“Report” xəbər verir ki, bu, iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə EBRD-nin Qafqaz üzrə regional direktoru Alkis Vryenios Drakinosun görüşü zamanı olub.

Görüşdə Azərbaycan və EBRD arasında müxtəlif istiqamətlər üzrə uğurlu əməkdaşlığın mövcud olduğu və ölkənin qurumla əlaqələrin inkişafına önəm verdiyi vurğulanıb. Ətraf mühit, enerji, nəqliyyat, tranzit və digər sahələr üzrə bankla birgə həyata keçirilən layihələrin iqtisadiyyatın diversifikasiyasına töhfə verdiyi qeyd olunub. Qarşıya qoyulmuş inkişaf hədəflərinin reallaşdırılması istiqamətində işbirliyi imkanları, xüsusilə bərpa olunan və alternativ enerji, özəl sektorun inkişafı, dövlət-özəl tərəfdaşlığının inkişafı, infrastruktur və digər istiqamətlər üzrə prioritet layihələr barədə məlumat verilib.

Alkis Vryenios Drakinos Azərbaycanla əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu ifadə edib. Qurumun Azərbaycanda iqtisadi şaxələndirmənin təşviqi, maliyyə bazarlarının inkişaf etdirilməsilə xüsusilə kiçik və orta biznes subyektlərinin rəqabətə davamlılığının artırılması, “yaşıl iqtisadiyyat”a keçidin sürətləndirilməsinə dəstək verməkdə maraqlı olduğu nəzərə çatdırılıb.

Tərəflər Azərbaycan – EBRD əlaqələrinin gündəmində olan məsələləri, qurumun 2024-2029-cu illər üzrə Azərbaycana dair Ölkə Strategiyasının ilkin layihəsi, “yaşıl iqtisadiyyat”a intensiv dəstək və birgə həyata keçirilən layihələrin perspektivlərini müzakirə ediblər. Bankın COP29 çərçivəsində əməkdaşlıqda maraqlı olduğu bildirilib, COP29 üçün çağırışlar və iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmə mexanizmlərinin tətbiqi barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi