Dövlət Vergi Xidmətinin gəlirləri 57%, xərcləri isə 28% artıb

Dövlət Vergi Xidmətinin gəlirləri 57%, xərcləri isə 28% artıb İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2020-ci ildə 190,752 milyon manat gəlir əldə edib.
Maliyyə
8 İyun , 2021 13:22
Dövlət Vergi Xidmətinin gəlirləri 57%, xərcləri isə 28% artıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2020-ci ildə 190,752 milyon manat gəlir əldə edib.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu 2019-cu illə müqayisədə 57% çoxdur.

Ötənilki gəlirləri 190,706 milyon manatı qeyri-birja gəlirləri (əvvəlki ilə nisbətən 57% çox), 46 min manatını isə sair əməliyyat gəlirləri (4,6 dəfə çox) təşkil edib.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin xərcləri isə 44,161 milyon manat olub ki, bu da illik müqayisədə 27,5% çoxdur. O cümlədən il ərzində qurumun əmək haqqı və işçilərlə bağlı digər xərcləri 38,9% artaraq 25,242 milyon manat, sərf etdiyi materialların dəyəri 9,4% azalaraq 997 min manat, amortizasiya xərcləri 5,9% azalaraq 1,604 milyon manat, sair əməliyyat xərcləri isə 23,1% artaraq 16,318 milyon manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi