Dövlət Dəniz Agentliyinin qurumu zərərini 20% azaldıb

Dövlət Dəniz Agentliyinin qurumu zərərini 20% azaldıb Nəqliyyat və Texniki-Təminat İdarəsi 2020-ci ili 1,56 milyon manat zərərlə başa vurub
Maliyyə
12 May , 2021 17:22
Dövlət Dəniz Agentliyinin qurumu zərərini 20% azaldıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Nəqliyyat və Texniki-Təminat İdarəsi 2020-ci ili 1,56 milyon manat zərərlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir, bu, 2019-cu illə müqayisədə 19,9% azdır.

Ötən il İdarənin gəlirləri 1,87 milyon manat (əvvəlki ilə nisbətən eyni), xərcləri isə 3,43 milyon manat (10,1% az), o cümlədən əmək haqqı və məcmuri dövlət sosial sığorta ayırmaları 597 min manat (1% çox), sərf etdiyi materialların dəyəri 661 min manat (1,9% az), amortizasiya xərcləri 1,587 milyon manat (19,9% az), sair əməliyyat xərcləri 585 min manat (2,3% çox) təşkil edib.

Bu il yanvarın 1-nə Nəqliyyat və Texniki-Təminat İdarəsi aktivləri 6,552 milyon manat olub ki, bu da illik müqayisədə 19,3% azdır. Hesabat dövründə İdarənin 5 min manatlıq öhdəlikləri formalaşıb, balans kapitalı isə 19,35% azalaraq 6,547 milyon manata düşüb.

Son xəbərlər

Orphus sistemi