“CPM-İnvest İnvestisiya Şirkəti” nizamnamə kapitalını artırır
Maliyyə
- 15 mart, 2024
- 11:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“CPM-İnvest İnvestisiya Şirkəti” ASC "Bakı Fond Birjası" QSC-də (BFB) yeni səhmlərini yerləşdirməyə hazırlaşır.
"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.
Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 400 ədəd, yəni 400 min manatlıq adi, adlı, sənədsiz səhmdən gedir. Prosesin anderrayteri emitent özüdür. Qiymətli kağızlar tam yerləşdirilsə, investisiya şirkətinin nizamnamə kapitalı 2 dəfə artaraq 400 min manatdan 800 min manata çatacaq.
Xatırladaq ki, “CPM-İnvest” 2021-ci ildə yaradılıb. İnvestisiya şirkətinin səhmdarı Kəmalə Məmmədovadır.
Son xəbərlər
00:32
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
Digər ölkələr
00:14
Kəlbəcərdə baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb
Hadisə
23:53
"Axios": ABŞ və İsrail İrana yeni zərbələr planını razılaşdırıb
Digər ölkələr
23:26
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
Digər ölkələr
23:17
Sabah paytaxtın Yasamal və Xətai rayonlarının, həmçinin Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Energetika
23:01
Ərdoğanla Tramp arasında telefon danışığı olub, qlobal proseslər müzakirə edilib
Region
22:47
"LANDAU Lions" FIBA Avropa Kubokunda Türkiyə təmsilçisinə qalib gəlib
Komanda
22:30
Foto
Kriştianu Ronaldunun 2008-ci ildə qazandığı "Qızıl top" mükafatı bütün dövrlərin ən yaxşısı seçilib
Futbol
22:24
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
Digər ölkələr