"Bakı Fond Birjası" QSC-də (BFB) "CPM İnvest İnvestisiya Şirkəti” ASC-nin 400 min manatlıq faizli, təmin edilməmiş, adi, adlı, sənədsiz səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 400 ədəd səhm çıxarılıb.
Qiymətli kağızlar standart bazar seqmentində, abunə yazılışı üsulu ilə investorlara təklif olunub.
Səhmlərə 1 investor - "CPM İnvest"in yeganə səhmdarı Kəmalə Məmmədova qiyməti 1 000 manat, ümumi məbləği isə 400 min manat olan 1 sifariş təqdim edib. Beləliklə, yerləşdirmə tam baş tutub və investisiya şirkətinin nizamnamə kapitalı 2 dəfə artaraq 400 min manatdan 800 min manata çatıb.
Xatırladaq ki, “CPM-İnvest” 2021-ci ildə yaradılıb.